Türkiyədə olan yığmamız təlim-məşq toplanışını başa vurdu
- 12:41
- 31
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlıq prosesini başa vurub. "Rekord.az" xəbər verir ki, komandamız Ankarada təşkil olunan təlim-məşq toplanışının son mərhələsini yekunlaşdırıb. Ankaradakı toplanış çərçivəsində millimiz Türkiyə yığması ilə iki yoxlama oyunu da keçirib. Oyunların birində ev sahibi 3:0 hesabı ilə qalib gəlib, ikinci qarşılaşmada isə 2:2 hesabı qeydə alınıb.Boris Qrebennikovun rəhbərlik etdiyi yığmamız iyunun 5-də yarışın ilk turunun oyunlarının keçiriləcəyi İsveçə yola düşəcək.Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasında ilk oyununu iyunun 6-da Yunanıstan yığmasına qarşı keçirəcək. Komandamızın növbəti oyunu isə iyunun 7-də ev sahibi İsveç millisi ilə olacaq.