
Türkiyə klubundan azərbaycanlı futbolçu ilə peşəkar müqavilə
- 12:40
- 42
"Ankaragücü" klubun U-19 komandasının üzvü azərbaycanlı futbolçu Həsən Nəzərovla peşəkar müqavilə imzalayıb.
Rekord.az xəbər verir ki, bu barədə Türkiyə 2-ci liqası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
18 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.
Qeyd edək ki, Həsən Nəzərov 2023-cü ildə "Ankaragücü" sistemindədir. O, ötən ildən əsas komandanın da formasını geyinir.