Türkiyənin “Dənizlispor” klubu baş məşqçisi Robert Prosineçkini istefaya göndərib.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumatda xorvat mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib.

Mövsümün əvvəlində Türkiyə klubuna baş məşqçi təyin olunan Prosineçki 2014-2017-ci illər aralığında Azərbaycan milli komandasını çalışdırıb.