Ötən il "Sabah"la oyunda ağır zədə alan "Turan Tovuz"un futbolçusu Marandiçidən yeni xəbər var.

Rekord.az xəbər verir ki, üçüncü dəfə əməliyyat olunan futbolçu hazırda bərpa prosesi keçir. 

Tovuz klubu futbolçusuna sahib  çıxır. Amma bir məsələ var ki, o da futbolçunun öz sağlıq durumu ilə bağlıdır. Əgər futbol oynamağında heç bir problem olmasa, ağrısız şəkildə yaşıl meydanlara qayıtsa, "Turan Tovuz" onu saxlamağa razıdır və yeni müqavilə bağlayacaqlar.