"Turan Tovuz"un müdafiəçisi Roderik Miller DÇ-2026 üçün Panama millisinin yekun heyətinə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. 


Rekord.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan futbolçu bu tarixi anı karyerasının ən xoşbəxt və qürurverici hadisələrindən biri kimi dəyərləndirərək əldə etdiyi uğurda klubunun rolunu xüsusi vurğulayıb:


“Dünya çempionatına dəvət almaq karyeramın ən xoşbəxt və qürurverici anlarından biridir. Allaha, ailəmə, “Turan Tovuz”a, komanda yoldaşlarıma və məni həmişə dəstəkləyən bütün azarkeşlərə təşəkkür etmək istəyirəm. Ölkəmiz üçün hər şeyi verəcəyimə söz verirəm.


“Turan Tovuz” bu nailiyyətimdə çox mühüm rol oynadı, çünki mən burada həm oyunçu, həm də insan kimi çox böyüdüm. Bu ana çatmağımda kömək edən etibar və dəstəyə görə kluba, məşqçilər heyətinə, komanda yoldaşlarıma və azarkeşlərə çox minnətdaram.


Panama və “Turan Tovuz” azarkeşlərinə həmişə mənə göstərdiyi bütün dəstək və sevgiyə görə təşəkkür etmək istəyirəm. Hər ikisini Dünya kubokunda böyük qürurla təmsil edəcəyəm və əlimdən gələn hər şeyi edəcəyəm”.