"Turan Tovuz"dan təqdirəlayiq addım
- 14 Dek 2025 19:50
- 44
“Tovuz Gənclər Evi” Sosial xidmətlər müəssisəsinin Ünsiyyət klubunun daun sindromlu və autizmli üzvləri stadionumuzda qonaq olublar.
Rekord.az xəbər verir ki, uşaqlar və valideynlərlə keçirilən görüşdə "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstəyin klubumuz üçün vacib istiqamətlərdən biri olduğunu və bu cür aksiyaların davamlı şəkildə həyata keçiriləcəyini vurğulayıb.
“Nəfəs” İctimai Birliyi ilə birgə həyata keçirilən layihə çərçivəsində uşaqlara hədiyyələr təqdim olunub. Daun sindromlu və autizmli uşaqlar üçün motivasiya mühiti formalaşdırmaq, onların özünəinam hissinin artırılmasına, cəmiyyətdə inklüzivlik dəyərlərinin təşviqinə dəstək göstərmək məqsədilə stadiona dəvət olunan qonaqlar “Turan Tovuz” – “Sabah” oyununu izləyiblər.