
"Turan" Tovuzdan köçür! - ÖZƏL
- 11:00
- 464
"Turan Tovuz" Premyer Liqada yeni mövsümə doğma azarkeşlər önündə başlamayacaq. "Rekord.az" xəbər verir ki, buna səbəb klubun stadionun ot örtüyünü dəyişdirmək qərarına gəlməsidi. Bu prosesə artıq start verilib.
Tovuzdakı süni meydançanın çoxsaylı zədələrə səbəb olması klub rəhbərliyini narahat edib. Ötən mövsüm bu problemdən xeyli əziyyət çəkən "Turan", eyni səhvləri yaşamaq istəmir. Təbii örtük bu baxımdan doğru seçim hesab edilir.
Örtüyü dəyişdirilməsi təxminən 3 ay çəkdiyindən klub sentyabrın sonuna qədər ev oyunlarını başqa yerdə keçirməli olacaq. Stadion axtarışına artıq başlanılıb.