"Turan Tovuz" futbolçusu Hayderson Hurtado ilə müqavilə yeniləyib.


Rekord.az xəbər verir ki, kolumbiyalı müdafiəçi sosial şəbəkə hesabında bu barədə paylaşım edib. 


30 yaşlı futbolçunun yeni sözləşməsi 2029-cu ilin yayınadək nəzərdə tutulub.


2025-ci ildən qərb təmsilçisində çıxış edən Hurtado geridə qalan mövsümdə Misli Premyer Liqasında 32 matça çıxaraq 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.