"Turan Tovuz"un stadionla bağlı ciddi problem yaşadığı hər kəsə məlumdu. Klubun əsas komandasından tutmuş, ən aşağı yaş qrupuna kimi, bütün komandalar bir meydançanın xidmətindən istifadə edir.

Rekord.az problemdən çıxış yolu kimi hansı addımların atılacağı ilə bağlı klubdan cavab almağa çalışıb.

"Turan Tovuz"un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevin verdiyi məlumata görə, hazırda bu problemin həlli klub rəhbərliyi üçün ilk sırada durur. Hazırda bir neçə variant var ki, onun üzərində ciddi iş aparılır və yəqin ki, yaxın zamanlarda bariz nəticəsi olacaq.