Tovuz stadionunda işlər yubanır. İş o yerə çatıb ki, “Turan Tovuz” I Divizion çərçivəsində rəqiblərini doğma stadionda qəbul edə bilməyəcək.

Rekord.az xəbər verir ki, klub rəhbərliyi artıq stadion axtarışına çıxıb və bununla bağlı PFL-ə məktub da göndərilib.

Tovuzlular ilkin olaraq Gəncə və Şəmkir variantı üzərində dayanıb. Amma ola bilsin ki, PFL “Turan Tovuz”un ilk dövrədəki bütün ev oyunlarını səfərə salsın.  Hər halda bu hqda qərar oktyabrın 1-ə kimi veriləcək.