"Turan Tovuz" daha bir futbolçu transferini açıqlayıb.


Rekord.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.


Fransalı yarımmüdafiəçi Stiv Beusnardla anlaşma əldə olunub. 34 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.


Xatırladaq ki, "Monpelye"nin yetirməsi olan Stiv Beusnard son mövsümdə Fransa Liqa 2-də "Pau" forması ilə 27 oyunda meydan olub. O, karyerası ərzində vətənində "Bezye" və "Ayaçço" kimi klublarda da çıxış edib.