
“Turan Tovuz” əvəzedicilərinə görə cərimələndi
- 17:00
- 42
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Əvəzedicilər liqasının 3-cü turu ilə bağlı bəzi qərarlar qəbul edilib:
“Sabah-2” – “Qarabağ-2” oyununda “Sabah-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sabah-2” 70 manat cərimə edilib.
“Turan Tovuz-2” – “Araz-Naxçıvan-2” oyununda topdaşıyan uşaqların say limiti pozulduğuna görə “Turan Tovuz-2” komandası 200 manat cərimə edilib.
“Turan Tovuz-2” – “Araz-Naxçıvan-2” görüşündə oyun günü planı pozulduğuna (PFL himni səslənmədiyinə) görə “Turan Tovuz-2” komandası 200 manat cərimə edilib.