Ayxan Abbasovun "Turan Tovuz"da qalıb-qalmayacağı hələ də bilinmir.

Rekord.az xəbər verir ki, klub  əslində futbolçunun xidmətində maraqlıdır və ona yeni müqavilə də təklif olunub.

Lakin problem  futbolçudan qaynaqlanır. Belə ki, o, klubun təklif etdiyi müqaviləni qəbul etmir. Daha yüksək maaş tələb edir. Agenti də bir tərəfdən ölkə xaricindən təklif olduğunu bildirib. Həqiqətən belə bir təklif varmı, yoxsa futbolçu qiymətini  qaldırır, bunu da dəqiq demək çətindi. Amma dəqiq olan odur ki, Tovuz təmsilçisi futbolçunun nazı ilə çox oynamaq niyyətində deyil. Ona bildirilib ki, istədiyi məbləği ona verə bilməyəklər. Həmin məbləğ klubun transfer siyasəti və transfer büdcəsi ilə uzlaşmır. Bundan sonrası ilə bağlı qərarı futbolçu özü verməlidir.