“Turan Tovuz” avrokuboklara vəsiqə qazandı, “Neftçi” darmadağına sevindi
- 21:21
- 38
Bu gün Misli Premyer Liqasında 31-ci tura yekun vurulub.
Rekord.az xəbər verir ki, son gündə 2 oyun keçirilib.
“Turan Tovuz” doğma meydanda “Karvan-Yevlax”la qarşılaşıb. Oyunu Əkbər Əhmədov idarə edib. Tovuz təmsilçisi qələbə sayəsində çempionatın bürünc medallarını və Avropa Konfrans Liqasına vəsiqəni təmin edib. "Karvan-Yevlax"ın da Premyer Liqanı tərk edəcəyi dəqiqləşib.
Turun son oyunu “Neftçi” ilə “Şamaxı” arasında olub. Paytaxt təmsilçisi böyük hesabla qalib gəlib.
Daha öncə keçirilən “İmişli” – “Zirə” (0:0) və “Qəbələ” – “Qarabağ” (1:1) oyunlarında qalib müəyyənləşməyib, “Sabah” “Kəpəz”ə (0:1) uduzub, “Sumqayıt” “Araz-Naxçıvan”a (2:1) qalib gəlib.
Misli Premyer Liqası
31-ci tur
10 may
“Turan Tovuz” – “Karvan-Yevlax” 1:0
Qol: Ayxan Hüseynov, 45+1.
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Niyaz Əhmədov.
Tovuz şəhər stadionu, 17:00.
Turan Tovuz: 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 99. İbrahima Vadji, 19. Roberto Olabe, 8. David Tavares, 2. Mark Rene Mampassi.
Baş məşqçi: Kurban Berdıyev.
Karvan-Yevlax: 99. Pedro Mateus, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 18. Süleyman Əhmədov, 17. Samir Abdullayev, 77. Əli Abdullayev, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 8. Peter Kinqs, 10. Samuel Durrant.
Baş məşqçi: Füzuli Məmmədov.
“Neftçi” – “Şamaxı” 3:0
Qollar: Emin Mahmudov, 1. İmad Faraj, 47. Breno Almeyda, 83.
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Rövşən Rəcəbov
“Palms Sports Arena”, 19:30.
Neftçi: 1. Emil Balayev, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 7. Emil Səfərov, 77. Falaye Sako, 6. Sessi Dalmeyda, 5. İqor Ribeyro, 33. Breno Almeyda, 11. İmad Faraj, 10. Freddi Varqas, 22. Luis Ortis.
Ehtiyat oyunçular: 13. Kenan Piriç, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 24. Mustafa Sek, 18. İfeanyi Metyu, 70. Andrey Ştoqrin, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.
Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 10. Andrey Tırkovyanu, 88. Rodriqo Fernandes, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.