İran çempionatının 3-cü turunda bu gün keçirilməli olan "Traktor" - "Sepahan" oyunu baş tutmayıb.

Rekord.az xəbər verir ki, Təbrizə yağan güclü qar oyuna əngəl olub. Klubun mətbuat xidməti matçın sabah keçiriləcəyini açıqlayıb.

Qeyd edək ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" ilk iki turda heç-heçə edib və 2 xalla 13-cü pillədə qərarlaşıb. "Sepahan" isə 3 xalla 12-cidir.