
“Traktor” İran superkubokunun qalibi oldu
- 11 Avq 2025 23:30
- 36
"Traktor" futbol üzrə İran superkubokunun qalibi olub.
Rekord.az xəbər verir ki, son ölkə çempionu olan Təbriz klubu həlledici oyunda “İstiqlal”ı üstələyib.
"Nəqşi Cahan" stadionunda baş tutan görüş "Traktor"un 2:1 hesablı qələbəsi ilə bitib.
"Traktor" ötən mövsüm İran çempionatının qalibi olub.