
Tovuzdakı bazadan nə xəbər var?
- 17 Okt 2025 15:00
- 161
"Turan Tovuz"un Tovuzda tikdiyi bazadan yeni xəbər var.
Rekord.az xəbər verir ki, sırf akademiya üçün nəzərdə tutulan bazada süni meydançanın inşaası başa çatmaq üzrədir.
Drenaj sistemi yekunlaşıb və yaxınlarda süni örtüyün salınmasına start veriləcək. Bundan sonra akademiyanın komandaları burada məşq edə biləcək. Süni meydançadan əlavə ayrılmış ərazidə iki təbii örtüklü meydança da salınacaq. Mərkəzi stadiondakı işlər tam yekunlaşandan sonra bazadakı təbii örtüklü meydançaların salınması prosesinə başlanılacaq.