Tovuzda heç-heçə, "Zirə"dən qələbə
- 20:24
- 27
Bu gün Misli Premyer Liqasında 13-cü tura start verilib.
Rekord.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutub.
Öncə “Kəpəz” “Zirə”ni qəbul edib. Gəncə təmsilçisi artıq ev oyunlarını Yevlaxda keçirməyə qərar verdiyi üçün, “Zirə”ylə də məhz Yevlax şəhər stadionunda qarşılaşıb.
Günün digər oyunu “Turan Tovuz”la “Neftçi” arasında olub. Baş məşqçisiz qalmış “ağ-qaralar” çətin səfərdən xalla qayıtmağa çalışıb. Qarşılaşma qolsuz başa çatıb.
“İmişli” – ”Sabah" və “Qarabağ” – “Karvan-Yevlax” oyunları 29 noyabrda, “Şamaxı” – “Sumqayıt” və “Qəbələ” – “Araz-Naxçıvan” oyunları isə 30 noyabrda keçiriləcək.
Misli Premyer Liqası
13-cü tur
28 noyabr
“Kəpəz” – “Zirə” 0:2
Qollar: Leroy Mikels, 61. İssa Cibrilla, 84.
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Teymur Teymurov, İslam Məmmədov
Yevlax şəhər stadionu, 14:00.
Kəpəz: 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 5. Rauf Hüseynli, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 53. Şahmar Aşurov, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 10. Ryonosuke Ohori, 38. Cefferson Bento.
Ehtiyat oyunçular: 81. Elgün Bayramov, 99. Əli Səmədov, 77. Fərid Nəbiyev, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 14. Adama Fofana, 55. Kresus Donqo, 6. Pedro Qomes.
Baş məşqçi: Azər Bağırov.
Zirə: 97. Tyaqo Silva, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 4. Ruan Renato (k), 25. Enrike Kustodio, 28. Leroy Mikels, 10. Georgi Papunaşvili, 11. Junior Martins, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 30. Rikardo Martins, 20. İssa Cibrilla, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
“Turan Tovuz” – “Neftçi” 0:0
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Vüqar Həsənli
Tovuz şəhər stadionu, 18:30.
Turan Tovuz: 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 2. Abdulla Rzayev, 77. Veysəl Rzayev, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə, 21. Aleks Souza.
Baş məşqçi: Kurban Berdıyev.
Neftçi: 13. Kenan Piriç (k), 15. Elvin Bədəlov, 45. Vensan Abubakar, 6. Sessi D Almeyda, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 27. Kristian Kostin, 11. İmad Faraj, 10. Freddi Varqas.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 8. Emin Mahmudov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 22. Luis Ortis, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Məşqçi: Sənan Qurbanov.