Azərbaycanda uşaq futbolunun  durumu ürəkaçan deyil.

Rekord.az-ın əməkdaşı ötən gün Tovuza səfəri zamanı bir daha bunun şahidi olub.

Belə ki, Tovuz Olimpiya İdman Kompleksinin meydançasında AFFA-nın bayrağı altında uşaq liqalarında növbəti turun oyunları keçirilirdi. Azyaşlı uşaqların betondan seçilməyən süni örtükdə oynamaları bir yana, onların formalarını dəyişməsi üçün normal şərait belə, yox idi. Uşaqlar qışın günündə açıq havada, daşın üstündə formalarını geyinib paltarlarını da ya yerə qoyurlar, ya da ağacdan asırlar. Onların səhhəti, sağlamlığı heç kim üçün maraqlı deyil. Məsələni dəqiqləşdirmək üçün AFFA-dan təyin olunan şəxsi axtarsaq da, onu da tapa bilmədik. Çox istərdik ki, AFFA-da aidiyatı şəxslər, uşaq futboluna cavabdeh olanlar bu məsələyə diqqət yetirsin. O boyda kompleksdə bir otaq tapılmır ki, uşaqlar qışın günündə çöldə əyinlərini dəyişirlər?