Tovuz stadionu avrokuboklara hazırlanır.

Rekord.az xəbər verir ki, klub rəhbərliyi Konfrans Liqasındakı rəqibini doğma rayonda qüəbul etmək istəyir.

Bunun üçün də stdionun UEFA standardlarına uyğunlaşdırılması üçün indidən işlərə başlanılıb. Hətta bu səbəbdən "Sabah"la ev oyunu da Bakıya salındı. İşlərin gedişi ilə bağlı isə komandanın mətbuat katibi Süleyman Tağıyev məlumat verdi: "Bir sıra dəyişikjliklər olacaq, bəzi söküntü işləri aparılıb. Çalışırıq, gecə də işləyirik ki, UEFA-nın bütün tələblərini yerinə yetirək və ev oyunumuzu Tovuzda keçirək. İstənilən halda, UEFA nümayəndələri stadiona baxacaq. Həmin vaxta qədər bütün işləri qurtaracağımıza inanıram".