Azərbaycan millisinin üzvü Toral Bayramovun da formasını geyindiyi “Bursaspor” növbəti yoxlama oyununa çıxıb.


Rekord.az xəbər verir ki, komanda “Erokspor”la qarşılaşıb. Görüşdə "Bursaspor" 2:0 hesabı ilə qalib gəlib.


Toral Bayramov da bu matçda iştirak edib. 25 yaşlı müdafiəçi meydana start heyətdə çıxıb və ikinci hissədə əvəzlənib.


Bayramov ötən ay “Qarabağ”dan “Bursaspor”a keçib. O, 2018-ci ildən Ağdam təmsilçisinin formasını geyinirdi. Həmçinin futbolçu 2021-ci ildən Azərbaycan millisinin üzvüdür.