Meksikalı mütəxəssis İvan Luna "Gəncə" basketbol klubunun məşqçilər korpusuna cəlb olunub.


Bu barədə Rekord.az-a klubun mətbuat xidmətindən bildirilib.


Mütəxəssislə yeni mövsümün sonunadək müqavilə imzalanıb. İ. Luna basketbolçuların fiziki və kondisiya hazırlığına nəzarət edəcək.


O, vətəni ilə yanaşı, Litvada da çalışıb.