Türkiyə 1-ci Liqasında 6-cı turun oyunları keçirilir.


Rekord.az xəbər verir ki, Azərbaycan millisinin üzvü olmuş Ozan Can Kökçünün çıxış etdiyi "Vanspor" evdə "Keçiörengücü" komandası ilə üz-üzə gəlib.


Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.


Ozan Can Kökçü matça start heyətində başlayıb və 68-ci dəqiqədə əvəzlənib.


"Vanspor" 6 xalla turnir cədvəlinin 17-ci pilləsində yer alıb.