“Sadə səhvdən qol buraxdıq” – Azər Bağırov
- 22:25
- 17
“Şamaxı” bu gün Misli Premyer Liqasının 5-ci turunda “Sumqayıt”ın qonağı olub.
Rekord.az xəbər verir ki, oyundan sonra “şirlər”in baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.
Bağırov 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib:
“Çətin oyun olacağını düşünürdük. Amma uşaqlar yaxşı oyun keçirdilər. Sadə səhvdən qol buraxdıq. Bu da normal haldır. Futbolda belə hallar olur. Bu gün bir xal qazandıq. Davam edirik.
Səfərdə oynamaq daha çətindir, nəinki evdə azarkeşlərimizin önündə. Səhvlərimiz üzərində çalışacağıq və daha yaxşı olmaq baxımından mübarizə aparacağıq”.