"Əlimizdən gələni, gəlməyəni belə etməyə çalışdıq, təəssüfər olsun ki, məğlub olduq".     

Rekord.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Toral Bayramov DÇ-2026-nın seçmə mərhələsində Fransaya uduzduqları oyundan sonra deyib.

 25 yaşlı futbolçu daha sonra bunları deyib: "Qarşımızdakı rəqib Fransa idi. Tempə öyrəşmək lazimdı. Bizim çempionatda o dərəcədə hücumlar olmur. Gələcəkimiz üçün yaxşı oyun oldu. Ukrayna ilə matç haqda? Bu gecədən etibarən düşünəcəyik. Əlimizdən gələni edəcəyik ki, əzmkar mübarizə göstərək. Müxtəlif mövqelərdə oynamaq mənim üçün çətin deyil. Baş məşqçi hansı mövqedə təyin etsə, orda canla-başla çıxış edirəm. Əsas komandama xeyir verməyi düşünürəm".

QEYD: Səfər "Misli"nin maliyyə dəstəyilə baş tutur