Bildiyiniz kimi, Azərbaycan Premyer Liqasında oyunlar zamanı bəzi qaydalar tətbiq olunub. Hətta bununla bağlı PFL öz əsasnamələrinə əlavələr də edib. Qaydalara görə, pandemiya dövründə baş tutacaq oyunlar zamanı mübahisəli top epizodu olarsa, o zaman top dəyişdirilməli, kənardan dezinfeksiya olunmalı top hakimə təqdim olunmalı və yalnız bundan sonra oyun davam etdirilməlidir. Sual doğuran da odur ki, niyə məhz mübahisəli epizodlarda? Axı oyun boyu nə qədər aut atışları, cərimə zərbələri, qapıçıların topu oyuna daxil etdiyi epizodlar olur. Niyə o zaman top dəyişdirilmir və ya dezinfeksiya olunmur?

Rekord.az xəbər verir kiu, bu ideya hakimlər komitəsinin avstriyalı sədri Frits Ştuxlik tərəfindən gəlib.

Avstriyalı guya bununla hakimlərin sağlamlığını düşünür və belə güman edir ki, oyun zamanı futbolçuların ayağına dəyən topu hakim əlinə götürməməlidir. Ona görə də buna zərurət yaradan mübahisəli epizod olarsa, o zaman hakimə dezinfeksiya olunmuş top təqdim olunmalıdır. Həqiqətən də çox gülməli yanaşmadır. Hakimlərin canı candır, amma futbolçuların yox.