"Karvan"ın futbolçusu Tomsojn Qavi uğursuz mövsümü dəyərləndirib.

Rekord.az-a açıqlamasında o, bəxt amilini də qabardıb: "Bizim yaxşı komandamız, yaxşı futbolçularımız var. Amma futbolda bəzən belə hallar olur. Yaxşı oynayırsan, qazana bilmirsən. Bəzən də bəxtinm gətirmir".


Böyük ehtimalla digər legionerlər kimi Qavi də "Karvan"dan ayrılacaq. Bəs Azərbaycan qalma istəyirmi? Sula belə cavab verdi: "Azərbaycanda özümü çox xoşbəxt hiss edirəm. Odur ki, burda qalıb oynamağı düşünürəm".


Qalıb oynamağı düşündüyünü desə də, hansı klubun onunla maraqlanmasını gizlətdi: "Bu işlərlə agentim məşğul olur. Ona görə də bununla bağlı suala cavab vermək istəmirəm".