Əfsanəvi hakimimiz Tofiq Bəhramovun anadan olmasının 100 illiyi münasibəti ilə mini futbol turniri keçirilir.

Rekord.az xəbər verir ki, turniri "Azərbaycan Futbol Hakimləri" keçirir.

Veteran hakimimiz Gülağa Cabbarovun sədri olduğu qurumun keçirdiyi turnirdə 12 komanda iştirak edir. Komandalar arasında veteran hakimlər, futbolçular, müxtəlif klublarıb və jurnalistlərin də komandası var. Artıq qrup mərhələsi yekulaşmaq üzrədir. Hər qrupda ilk iki yeri tutmuş komanda 1/4 finala vəsiqə qazanacaq. 

Bu arada təşkilatçılar əksər iştirtakçıları forma ilə təmin ediblər. Oyunları AFFA-nın hakimləri idarə edir.