“Titul qazanmaq üçün çox şey lazımdır” – Rəşad Sadıqov
- 22:27
- 37
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun “Sabah”a qarşı keçirilən final oyunundan sonra təşkil olunan mətbuat konfransında 1:2 hesablı məğlubiyyət haqda danışıb.
Rekord.az xəbər verir ki, o, komandasının çıxışını və nəticəyə təsir edən məqamları belə şərh edib:
“Oyun bizim üçün yaxşı başladı. 30-35-ci dəqiqəyə kimi etibarlı müdafiə olunurduq. Daha sonra rəqibə qol epizodları verdik. 2-ci hissədə verdiyimiz qol epizodlarıyla bağlı dəyişikliklər etdik və daha etibarlı keçdi. Biz qol vurmağa çalışırdıq. Futbolçularıma inamlı, əzmkar oyunlarına görə təşəkkür edirəm. Güclü rəqibə qarşı çıxış etdik. Buna baxmayaraq, yaxşı çıxış etdik. Amma düşünürəm ki, vurulan qollar hər şeyin cavabı idi. Bu, rəqibin nə qədər güclü olduğunu göstərdi. “Sabah”ı qələbə münasibətiylə təbrik edirəm, yaxşı qələbə qazandılar.
Sona qədər mübarizə aparacağıq. Bizi hələ daha ağır oyunlar gözləyir. Bu oyunlarda da əlimizdən gələni edəcəyik. Futbolçularımla, komandamla fəxr edirəm. 6 ildir ki, bir yerdə mübarizə aparırıq. Titul yoxdur, amma titulu qazanmaq üçün çox şey lazımdır”.