Təxirə salınmış oyunun vaxtı açıqlandı
- 15 Dek 2025 15:20
- 165
Azərbaycan Basketbol Liqasının 7-ci turundan təxirə salınmış "Şəki" - "Neftçi" oyununun vaxtı bəlli olub.
Bu barədə Rekord.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
Qarşılaşma dekabrın 17-də Şəki Olimpiya İdman Kompleksində, saat 17:00-da start götürəcək.