Azərbaycan Basketbol Liqasında XI turdan təxirə salınan oyunların tarixi açıqlanıb.


Bu barədə Rekord.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.


Yanvarın 28-də "Sabah" - "Neftçi", bir gün sonra NTD - "Gəncə" matçı baş tutacaq.


Hər iki görüş saat 20:00-da Bakı İdman Sarayında təşkil olunacaq.