"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen zədəsini sağaldıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


33 yaşlı qolkiper artıq komanda ilə məşqlərə başlayıb. Almaniyalı futbolçu belindəki problemlər səbəbindən mövsümün startını buraxmışdı.


Ter Ştegenin "Barselona" ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.