Təmsilçimiz qitə birinciliyində növbəti mərhələyə yüksəlib
- 22:36
- 25
Çimərlik voleybolu üzrə U-20 Avropa çempionatı davam edir. "Rekord.az" xəbər verir ki, İtaliyanın Battipaglia şəhərində keçirilən yarışda Azərbaycanın oğlanlardan ibarət komandası bu gün son dünya çempionu Norveç, eləcə də İngiltərə təmsilçiləri ilə qarşılaşıb. Hər iki oyunda rəqib komandalar qalib gəliblər.
33 ölkədən ümumilikdə 40 komandanın iştirak etdiyi çempionatda İbrahim Məmmədov/Muhamməd Aslanlı 24-lüyə düşərək növbəti mərhələyə vəsiqə qazanıb.
Komandamız sabah play-off mərhələsində Polşa təmsilçisi ilə qarşılaşacaq.
U-20 Avropa çempionatı
Norveç - Azərbaycan 2:1 (19:21, 21:14, 15:9)
İngiltərə - Azərbaycan 2:0 (21:14, 21:18)