Futbol üzrə İran çempionatında 3-cü turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Maşinsazi” də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “İstiqlal”la qarşılaşıb. Təbriz klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Təbrizin daha məşhur “Traktor” klubu bu tur doğma meydanda “Sepahan”la qarşılaşacaq.

Üç turdan sonra 2 xalı olan “Traktor” 16 kollektiv arasında 10-cu, 1 xala malik “Maşinsazi” isə 14-cü pillədə qərarlaşıb.