Futbol üzrə İran çempionatında 16-cı turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor”la “Maşinsazi” də növbəti matçına çıxıb.

Təbriz klubu səfərdə “Naft MİS” ilə qarşılaşıb. “Traktorçular” bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

“Maşinsazi” isə doğma meydanda “Şahr Xodru” ilə ev oyununda heç-heçəyə razılaşıb - 1:1.

16 turdan sonra 23 xalı olan “Traktor” 16 kollektiv arasında 8-ci, 8 xala malik “Maşinsazi” isə sonuncu pillədə qərarlaşıb.