"Qarabağ"ın prezidenti Tahir Gözəl komanda üzvləri ilə görüşüb.


Rekord.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


O, Premyer Liqanın 15-ci turunun "Azərsun Arena"da keçirilən "Qarabağ" – "Araz-Naxçıvan" oyunundan öncə baş məşqçi Qurban Qurbanovla və komanda üzvləri ilə görüşüb.


Klub rəhbəri komandaya dəstəyini ifadə edib və qarşılaşmada uğurlar arzulayıb.