“Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının 6-cı turunda “Qarabağ” – “Ayaks” oyununu Qadın və Uşaq Sığınacağında təkbaşına izləyən azyaşlı azarkeş Əkbər Zülfüqarovla görüşüb.


Rekord.az xəbər verir ki, “Qarabağ" - "Araz-Naxçıvan" oyunundan öncə klubun bazasında baş tutan görüş zamanı Tahir Gözel Əkbərlə söhbətləşib, onun oyunla bağlı təəssüratlarını dinləyib. 


Sonda klub prezidenti azyaşlı azarkeşlərinə rəsmi formalarını təqdim edib.