Sxadadzenin taleyi məlum oldu
- 11:00
- 169
Pley-off-da "Mingəçevir"i məğlub edərək Premyer Liqadakı yerini qoruyan "Qəbələ"də baş məşqçi Kaxaber Sxadadzenin də taleyi məlum olub.
Rekord.az-ın əldə etdiyi məlumata görə, grcü məşqçi komandada qalacaq və işinə davam edəcək.
Amma klubunm növbəti mövsüm üçün hədəfləri nə olacaq, bu hələ məlum deyil. Sxadadze Gürcüstandan qayıdandan sonra rəhbərliklə bu barədə söhbəti olacaq və bütün suallara aydınlıq gələcək.