
Sxadadze üçün həyat əhəmiyyətli 3 tur
- 12:00
- 86
"Qəbələ"nin son turda "Şamaxı"ya məğlubiyyəti azarkeşlərin səbr kasasını daşdırıb.
Rekord.az xəbər verir ki, onların bir qrupu artıq gürcü məşqçi ilə yola davam edilməsini istəmir.
Düzdür, rəhbərlik hələ ki. Kaxanı göndərmək haqda düşünmür və ona dəstəkdi. Lakin əldə etdiyimiz məlumata görə, eyni zamanda gürcünün qarşısına növbəti 3 turda vəziyyəti düzəltmək tapşırığı qoyulub. Komanda "İmişli" - "Neftçi" və "Sabah"la oyunlarda da məğlub olsa, Sxadadzenin postu laxlayacaq.