Türkiyə Super Liqasını tərk edəcək iki klubun adı məlum olub.


Rekord.az xəbər verir ki, “Kayserispor” və  “Fatih Karagümrük”ün aşağı liqaya düşəcəyi dəqiqləşib.


Sona bir tur qalmış hər iki komandanın xalı 27-dir və növbəti matçdan asılı olmayaraq, elitanı tərk edəcəkləri müəyyənləşib.


Elitanı tərk edəcək sonuncu komanda isə məhz sonuncu - 34-cü turda bəlli olacaq. Bu klub "Antalyaspor”, “Gənclərbirliyi”, “Eyüpspor” və ya “Kasımpaşa” olacaq.