Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi Donetsk “Şaxtyor”unun hücumçusu Olarenvaju Kayodeni icarəyə götürüb.

Bu barədə Sivas klubunun rəsmi saytı məlumat yayıb. 27 yaşlı nigeriyalı hücumçu bir illik icarə müqaviləsi imzalanıb.

Qeyd edək ki, Kayode geridə qalan mövsümü Super Liqanın digər təmsilçisi “Qaziantep”də icarədə keçirib. O, bu komandada 27 oyuna çıxıb, 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Nigeriya yığmasının da üzvü olan Kayode, “Şaxtyor”a 2018-ci ildə “Mançester Siti”dən transfer olunub. O, karyerası ərzində “Jirona”, “Austriya”, “Makkabi” (Netaniya), “Hartlend”, “Lütsern” kimi klublarda da forma geyinib.