"Sumqayıt"ın yeni baş məşqçisi: "Xeyli transferə ehtiyacımız var" - MÜSAHİBƏ
- 13:00
- 23
"Sumqayıt"ın yeni baş məşqçisi Filipe Kandido Rekord.az-a eksklüziv müsahibə verib:
- "Sumqayıta gəlişiniz necə alındı?
- Klub prezidenti mənə zəng elədi, söhbətimiz oldu və dedi ki, sənin haqqında hər şeyi araşdırmışam. Daha sonra mənə hədəflərini anlatdı və bildirdi ki, axtardığım adam sənsən. Mən də onun təklifini qəbul edib bura gəldim. Düşünürəm ki, burada işləmək mənim üçün yaxşı təcrübə olacaq. Komanda üçün də bildiymin ən yaxşısını verməyə çalışacaq.
- Bura gələnə qədər Azərbaycan futbolu haqqında hansı məlumata malik idiniz?
- Portuqaliya ölkə olaraq Azərbaycandan nə qədər uzaqda olsa da, futbolda olan insanlar bu məsafəni yaxınlaşdırır. Azərbaycanda çıxış edən Deniz Marandiçi, Patrik Andrade kimi futbolçular var ki, vaxtı ilə mənim rəhbərliyim altında çıxış ediblər. Marandiçi ilə 10 il qabaq birlikdə işləmişik. Bilirəm ki, hazırda zədəlidir və bərpa olunmağa çalışır. Həm təklif alandan sonra özüm də Azərbaycanm futbolu haqqında araşdırma apardım, məlumat topladım.
- Klub və şəhər haqda ilkin təəssüratlarınız necədir?
- Şəhər də, klub da çox xoşuma gəldi. İnsanlar çox istiqanlıdır və bu mənada burda olmaqdan çox şadam. Futbol adına da yaxşı məşq eləmək üçün bütün şərait var. Hətta deyərim Azərbaycanda ən yaxşı şəraitlərdən biridir. Mənim üçün də fəxrdir ki, məni seçiblər. Əlimdən gələnin 100 faizini edəcəyəm ki, komandaya xeyirim dəysin.
- Şəxsi olaraq və klub olaraq hədəfiniz nədir?
- Məşqçi olaraq, həmişə növbəti oyunu düşünmüşəm. Klub olaraq isə, çalışırıq ötən mövsümkündən daha yaşxı nəticə göstərək. Həmçinin, bəzi futbolçuların inkişafına da kömək olmaq istəyirəm. Düşünürəm ki, keçən mövsümdən daha yaxşı nəticə göstərə bilsək, ilk "dördlüy"ə yaxınlaşa bilərik.
- Haqqınızda məlumat toplayanda 3-4-3 taktiki sxeminə üstünlük verdiyinizi gördük. "Sumqayıt"da da hücum futboluna üstünlük verəcəksiniz, yoxsa seçəcəyiniz taktika əlinizdə olan futbolçulara və rəqiblərə görə dəyişə bilər?
- Normalda mən dördlü müdafiə, üçlü yarımmüdafiə, iki vinger və bir hücumçu ilə oynamağı sevirəm. Amma bəzən olur ki, oyun başlayandan sonra hər şey dəyişir. Çalışıram elə bir komanda olsun ki, dinamik oynasın və rəqibə görə dəyişə bilsin. Çox istəyirəm ki, komanda topla daha çox oynasın, daha çox hücum etsin, amma eyni zamanda yeri gələndə hansısa dəyişiklikləri də edə bilsin.
- Hazırda əlinizdə olan heyətlə bağlı nə deyə bilərsiniz və hansı mövqeylərə transferlər lazımdır?
- Təbii ki, hələ mövsümün əvvəlindəyik, komanda ilə tanış olmağa, futbolçuları bir-bir tanımağa çalışıram. Deyərdim ki, xeyli transferə ehtiyacımız var. Özü də müxtəlif mövqeylərdə. Komandanı gücləndirmək üçün keyfiyyətli futbolçular cəlb etməliyik və hazırda da bunun üzərində çalışırıq. Kimlərin gələcəyini, hansı mövqeyə gələcəyini birlikdə görəcəyik.