Dekabrın əvvəli Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları keçiriləcək.

Rekord.az xəbər verir ki, "Difai" - "Sumqayıt" matçı Ağsuya təyin olunsa da, sonradan dəyişdirilərək Sumqayıtla əvəz olundu.

Əldə etdiyimiz məlumata görə, "Sumqayıt" klubu daha öncədən "Difai" klubuna matçı Sumqayıtda oynamağı təklif edib. Hətta bildirilib ki, onların bütün səfər xərclərini də ödəməyə hazırdılar. Lakin "Difai" tərəfi bunu qəbul edtməyib və bildirib ki. onlar püşkə görə ev sahibi olduqları üçün matçı da Ağsuda keçirmək istəyirlər. Həm də ümid ediblər ki. bəlkə azareş gələ, onlara dəstək ola. Lakin sonradan məlum olub ki, Ağsu stadionu təmirdən yeni çıxsa da Premyer Liqa səviyyəsində komandaları qəbul etməyə hazır deyil. Stadionda çəkiliş və medianın fəaliyyətini normal yerinə yetirməsi üçün şərait da yoxdur. Bundan sonra PFL matçın məkanını dəyişərək Sumqayıta təyin edib.  Matç dekabrın 4-də saat 19:30-da "Mehdi Hüseynzadə" adına stadionda baş tutacaq.