Misli Premyer Liqasında "Ayın qolu" layihəsi çərçivəsində aprel ayının ən yaxşı qolunun müəllifi olan Nikola Ninkoviç mükafatlandırılıb.


Rekord.az xəbər verir ki, "Sumqayıt" klubunun futbolçusuna mükafatı Misli Premyer Liqasının 31-ci turunun "Sumqayıt" - "Araz-Naxçıvan" görüşündən əvvəl Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.