“Sumqayıt”ın futbolçusu 4 oyunluq cəzalandı
- 15:20
- 27
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 11-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Qarabağ-2” – “Sabah-2” oyununun 74-cü dəqiqəsində “Qarabağ-2” komandasının 79 nömrəli futbolçusu Şahismayıl Cəfərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb, “Qarabağ-2” komandası 1000 manat cərimə edilib.
“Neftçi-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Sumqayıt-2” komandası 70 manat cərimə edilib.
“Neftçi-2” – “Sumqayıt-2” oyununun 49-cu dəqiqəsində “Sumqayıt-2” komandasının 66 nömrəli futbolçusu Ruslan Əliyev hakimə təcavüzkar davranışa cəhd etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Sumqayıt-2” komandası 700 manat cərimə edilib.
“Araz-Naxçıvan-2” – “Turan Tovuz-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Araz-Naxçıvan-2” komandası 200 manat cərimə edilib.