
“Sumqayıt”ın əvəzediciləri “Kəpəz”ə uduzdu
- 18:32
- 45
Əvəzedicilər Liqasında 7-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.
“Sabah-2” – “Şamaxı-2” matçında qalib müəyyənləşməyib. “Sumqayıt-2” isə evdə “Kəpəz-2” ilə oyundan xalsız ayrılıb.
Əvəzedicilər Liqası
7-ci tur
19 oktyabr
“Sabah-2” – “Şamaxı-2” 1:1
Qollar: Nihat Cabbarov, 50 - Sənan Muradlı, 7.
“Sumqayıt-2” – “Kəpəz-2” 1:3
Qollar: Əjdər Hacılı, 66 – Raul Məmmədov, 57. Elcan Əbilov, 71; 87.