“Sumqayıt”ın maddi sıxıntı çəkməsinin daha bir səbəbi məlum olub

Rekord.az-ın əldə etdiyi məlumata görə, pandemiya klubun tərəfdaş-sponsorlarına da ciddi zərbə vurduğundan onlar da 2020-ci ildə kluba kömək edə bilmir.

Xüsusilə, “Kapital Bank” öhdəliyini yerinə yetirə bilmir. Belə ki, sözügedən bank hər il klubun büdcəsinə 250-300 min civarında vəsait köçürürdü. Lakin 2020-ci ildə hələ ki, bunu etmək mümkün olmayıb. Heç bir transferin baş tutmamasında bunun da rolu var.