Sumqayıtda minifutbol üzrə region kuboku keçirilib
- 18:05
- 26
Abşeron – Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 09-12 iyul 2026-cı il tarixlərində Sumqayıt şəhər “Socar Polymer Arena”- da Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümünə həsr olunmuş 2016-2017-ci il təvəllüdlü uşaqlar arasında minifutbol üzrə region kuboku keçirilib.
Rekord.az xəbər verir ki, kubokun keçirilməsində məqsəd Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümünün qeyd edilməsi, futbol idman növünün təbliği, bu idman növündə perspektivli idmançıların müəyyən edilməsi, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.
Yarışın yekun nəticsinə görə “Təhsil” Respublika İdman Mərkəzi Sumqayıtın 2 nömrəli Uşaq Gənclər İdman Məktəbinin komandası birinci, İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq Gənclər İdman Məktəbinin komandası ikinci, “Təhsil” Respublika İdman Mərkəzi Sumqayıtın 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq Gənclər İdman Şahmat Məktəbinin komandası isə üçüncü yeri tutub.
Sonda qalib və mükafatçılar Regional İdarə tərəfindən diplom və medallarla təltif olunub.