Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun təbii örtüklü qazonunun döşənməsi ilə bağlı işlərə start verilib.

Rekord.az-a daxil olan məlumata görə, qazonun sifarişi artıq verilib.

Niderlanddan gətiriləcək qazonun may ayında Sumqayıtda olacağı gözlənilir.

Qeyd edək ki, 16 min nəfər tamaşaçı tutumuna malik olacaq stadionun bu ilin yayında təhvil verilməsi gözlənilir.