Legioner qadağası götürüləndən sonra "Sumqayıt" əcnəbi futbolçularla danışıqlara başlayıb.

Rekord.az xəbər verir ki, hazırda 4 futbolçu ilə aktiv danışıqlar gedir.

Müxtəlif ölkələri təmsil edən bu futbolçulardan ikisi ilə demək olar ki, razılıq əldə olunub və onların gələn həftə Azərbaycana gələcəyi gözlənilir. Ön xətt oyunçuları olan həmin əcnəbilərlə rəsmi müqavilə bağlanacaq və ictimaiyyətə təqdim olunacaq.